AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“YAŞAT” Fonduna rəhbər təyin edildi

  • + A
  • - A
  • 8-01-2021, 12:01


    "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) rəhbər təyin edilib.

    AzadMedia.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

    Əmrə əsasən, Fondun rəhbəri vəzifəsinə Qarabağ qazisi Elvin Hüseynov təyin olunub.

    Bundan başqa, Fondun müdir müavini vəzifəsi isə Rəbiyyə Cəfərovaya həvalə edilib.

    Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 8-də "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında" fərman imzalayıb.(Report.az)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR