AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Xəbər dəyəri olaraq Sosial Media istifadəçi şərhləri - Jurnalistika peşəsinin gələcəyi”

  • + A
  • - A
  • 9-01-2021, 08:15

    “Xəbər dəyəri olaraq Sosial Media istifadəçi şərhləri - Jurnalistika peşəsinin gələcəyi”

    AzadMedia.az-ın Redaktoru Ülkər Piriyeva “Xəbər dəyəri olaraq Sosial Media istifadəçi şərhləri - Jurnalistika peşəsinin gələcəyi” barədə yenilikləri dəyərləndirib.

    Bu gün Web 2.0. Texnologiyası sayəsində sıravi vətəndaşların xəbər istehsalı prosesinə cəlb edilməsi nəticəsində, yüksəliş dərəcəsində olan vətəndaş jurnalistikası və sosial media istifadəçi jurnalistikası da media mütəxəssislərinin xeyli dərəcədə diqqətini çəkir. Xüsusilə ictimai hərəkatlarla inteqrasiya olunan bu tip məsələlərdə diqqət çəkən bir başqa mövzu da sosial media istifadəçi şərhləridir. Sosial medianın icazə verdiyi anonimlik yeni rabitə texnologiyalarının mövcud sürəti ilə birləşdirildikdə mümkündür ki, yaxın gələcəkdə oxşar perspektivli istifadəçilərin düşüncələri ilə inteqrasiya edilə bilər. Bu cür sürətli və həddindən artıq məlumatların nəzarətsiz paylaşımı təbii olaraq, “fake” xəbərlərin də tirajını sürətləndirmiş oldu.

    Əslində, vətəndaşların şərhləri və ya sosial media paylaşımları da bir jurnalist üçün xəbər mənbəyi ola bilər. Vətəndaşın sosial şəbəkədəki təfsiri sosial problemə işarə edə bilər. Və ya bunun əksi də ola bilər, yəni vətəndaşın etdiyi hər hansı bir şərh - siyasi şərh, təhqir, aşağılama və ya ölkənin bütövlüyünə düşmən şəkildə bir şərh də ola bilər. Bəzən də nifrət dolu bir şərh ola bilər. Bəzən də cəmiyyətin həddindən artıq inkişaflar qarşısında səsləndirdiyi fikirlər ölkənin gündəmini zəbt edə bilər. Və belə bir halda, xüsusilə, emosional şərhlər düzgün qiymətləndirilməlidir. Yəni sırf oxucu kütləsi toplansın deyə, səhvə yol verilməməlidir. Yerdə qalan digər şərhlərə nəzər yetirməklə xəbər üçün layiq olduğu təqdirdə xəbər şəklinə salına bilər.

    Bu gün, Sosial Media Platformalarından Xəbər mənbəyi kimi istifadə
    Sosial medianın bəxş etdiyi yeniliklər

    Məncə, Sosial Media özlüyündə, insanları azad fikirli etməklə bərabər, alternativ bir xəbər mediası olduğu üçün daha demokratik bir media mühiti yaratdığını müdafiə edir. Bununla birlikdə, yeni media texnologiyalarının insanları güman edildiyi kimi azad etmədiyini və böyük media mülkiyyətlərinin hələ də formalarını dəyişdirərək daha da güclü bir mövqeyə sahib olduqlarını söyləmək mümkündür. Bir növ, sosial media istifadəçilərini özlərindən asılı vəziyyətə salmaları da buna daxildir. Lakin hər iki halda da jurnalistin dəyişən mövqeyi görünür. Bundan əlavə, jurnalistin mənbələri, oxucuları və iş tərzi dəyişməktədir. Yəni, sosial medianın hər kəsin öz gündəmini paylaşa biləcəyi bir mühit olması jurnalistlərin bir çox xəbər mənbələrinə birbaşa sosial media vasitəsilə əldə etməsinə öz töhfəsini verdi. Bir sözlə, sosial media istifadəçiləri tərəfindən paylaşılan gündəm, xəbərə layiq fotolar, videolar və hadisə şahidlikləri bu gün, jurnalistlər üçün vacib xəbər mənbəyinə çevrilib.

    Jurnalistika peşəsinin gələcəyi
    Bu gün, sosial medianın jurnalistikaya son qoyacağı və ya neytrallaşdıracağı mübahisələri ilə də yola çıxdığımda, müşahidələrimə əsasən deyə bilərəm ki, sosial media jurnalistlər tərəfindən cəmiyyətin nəbzini tutmaq və sürətli olması səbəblərindən irəli gələrək xəbər mənbəyi kimi istifadə olunmaqdadır.
    Eyni zamanda, şəbəkəyə dayanan yeni mediada jurnalistikanın ənənəvi mediadan daha yaxşı həyata keçirildiyini qəbul edənlərin sayı da sanki gündən-günə artır. Yeni medianın başqa müsbət tərəfi, əslində, digər media növlərində mümkün olmayacaq dərəcədə məlumatların dərinliyini və kontekstini təqdim etmək üçün sərhədsiz əhatə dairəsinə sahib olmasıdır.
    Qeyd etməliyəm ki, təqdim olunan bütün bu imkanlarla yeni medianın jurnalistikanı dəyişdirməsi mümkündür. Xəbər istehsalındakı dəyişiklik və xəbərlərə giriş əlbəttə ki, jurnalistika təcrübələrinə də təsir edir. Ancaq bu dəyişikliyin dərəcəsi və forması barədə bir fikir birliyi hələki, yoxdur.
    Təəssüf ki, kağız üzərində çıxan qəzet və jurnalistikanın sona çatması bir həqiqətdir. Mobil texnologiyalar indi hər yaşdan olan insanların əlindədir. Və sürətlə rəqəmsal olaraq yayılan və öyrənilən xəbərlər eyni zamanda, indi sürətlə tükənən bir xəbər halına gəlib. Yəni, ertəsi gün qəzetlərdə oxucuya təqdim olunacaq xəbərlər artıq köhnəlmiş olur.

    Zənnimcə, Jurnalistika yeni media anlayışında özünü yenidən nəzərdən keçirməli və bu yeniliklərin sürətinə açıq olmalıdır. İnanıram ki, növbəti illərdə mobil istifadə daha da vacib olacaq. Bu texnologiyadan nə qədər səmərəli istifadə olunarsa, oxucunun nəbzini tutmaq və onlarla ünsiyyət qurmaq daha asan olacaqdır.
    Çünki indi oxucunun sizə gəldiyi dövr bitmək üzrədir, gələcəkdə Jurnalistika ilə məşğul olanların oxucuya çatması lazımdır.
    Ancaq məsələnin digər tərəfi, bəlkə də gələcəkdə əsl jurnalist qalmayacaq. Bu vəziyyətin səbəbi kimi yeni rabitə texnologiyalarını göstərə bilərəm. Təəssüf ki, internetdən sonra yazılı media gündən-günə əhəmiyyətini itirir.
    Hesab edirəm ki, jurnalistika zaman keçdikcə daha az əmək tələb edən bir peşəyə çevrilə bilər, beləliklə, yazılı media zamanla yox olacaq və sadəcə rəqəmsal mühitdə xəbərlər izləniləcəkdir.

    Bir sözlə, bütün bunları nəzərə alsaq, təəssüflə hissi ilə, Jurnalistika peşəsinin gələcəkdə ənənəvi mənasından qopacağına elədə çox zamanın qalmadığını demək mümkündür..

    Politoloq Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR