AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu il əhalinin gözlədiyi, arzusunda olduğu qanunlar qüvvəyə minəcək

  • + A
  • - A
  • 23-01-2021, 17:19

    Bu il əhalinin gözlədiyi, arzusunda olduğu qanunlar qüvvəyə minəcək

    Məşhur Məmmədov
    Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü


    Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi cari ildə dövlətin və əhalinin rifah halının yaxşılaşdırılması üçün bir sıra uğurlu layihə və təkliflərlə çıxış edib.

    2020-ci ilin payız sessiyası dövründə komitədə görülən işlər barədə hesabat, 2021-ci ilin yaz sessiyası üçün iş planı və bəzi qanunlara dəyişikliklərlə bağlı məsələlər komitə üzvlərinin qarşısına böyük məsuliyyət qoyur.

    Ölkədə aparılan iqtisadi islahatlar fonunda yaz sessiyasının məhsuldar olacağından xəbər verir. Koronavirusa qarşı vaksinasiyanın başlanması pandemiyanı nəzarətə almağa və iqtisadi inkişafı sürətləndirməyə imkan verəcək.

    Əminliklə deyə bilərik ki, 2020-ci il ölkəmiz üçün mühüm bir il olub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz Azərbaycanın işğal altında olan torpaqlarını azad edib. Azərbaycan hökuməti çətinliklərin öhdəsindən layiqincə gəldi və biz Qələbə əldə etdik. 2020-ci il həm də Dünya Bankının Azərbaycanı ən islahatçı ölkə elan etməsi ilə yadda qalıb.

    Təmsil olunduğum komitədə 2020-ci ilin payız sessiyası ərzində hesabat dövründə komitənin 16 iclası olub, 67 məsələ, o cümlədən 65 qanun layihəsi müzakirə edilib. Onlardan Vergi Məcəlləsində dəyişiklik edilməsi, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanunlarda dəyişiklik edilməsi, ”Əmanətlərin tam sığortalanması haqqında”, ”Əmanətlərin sığortalanması haqqında”, “Mühasibat uçotu haqqında” qanunlarda dəyişikliklərin edilməsi, “Şərti maliyyə vahidi haqqında” qanunun ləğv edilməsi barədə və digər qanun layihələrini göstərmək olar.

    Sessiya ərzində, eyni zamanda, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” və “Büdcə sistemi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələri geniş müzakirə olunub. Komitə iclaslarında hökumət nümayəndələri, QHT və ictimai təşkilatların təmsilçiləri iştirak edib, öz rəy və təkliflərini veriblər.

    Bu dövrdə komitəyə vətəndaşlar tərəfindən 47 ərizə, şikayət və müraciət daxil olub, onlardan 36-sı müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara göndərilib, 9 ərizə işə alınıb.

    Dünən Komitəmiz yaz sessiyası üçün ilk iş gününə başladı. Komitə sədri Tahir Mirkişili komitənin 2021-ci ilin yaz sessiyası üçün iş planını təqdim edərək bildirdi ki, bu sessiyada qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan qanun layihələrinin, habelə “Lombardlar haqqında”, “Turizm haqqında” layihələrin müzakirəsi nəzərdə tutulub. Komitədə, həmçinin “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə, Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında hesabata da baxılacaq.

    Sessiya ərzində Mülki və Vergi məcəllələrinin, “İpoteka haqqında” və “İcra haqqında” qanunların bəzi müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun qərarının icrası ilə əlaqədar, işçi qrupların yaradılması və onların işini təşkili, aidiyyəti qurumlarla, sahibkarlarla, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlərin, ictimai dinləmələrin keçirilməsi ilə bağlı bir sıra tədbirlər də planlaşdırılır.

    Bizə ən çox olunan müraciətlərdən biri də “İşsizlikdən sığorta haqqında” ilə bağlı məsələlərdir. Hazırda işsizlikdən sığorta ödənişinin təyin edilməsi ilə bağlı elektron xidmətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsi ilə həyata keçirilir. Təklif olunan dəyişikliyə görə, sığorta ödənişinin təyinatı zamanı vətəndaş-məmur təması, habelə sığortaolunan və sığortaedən tərəfindən müxtəlif sənədlərin təqdim edilməsi zərurəti aradan qaldırılır.

    Qeyd edim ki, komitə sədri “Dövlət rüsumu haqqında” qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini də təqdim edib. Diqqətə çatdırılıb ki, sənəd notariat xidmətlərinin göstərilməsi sahəsində vətəndaş məmnunluğunun artırılması məqsədilə hazırlanıb.

    Qanun layihəsində sənədlərin surətinin təsdiqi üçün rüsumun miqdarı azaldılaraq 1,5 manat müəyyən edilib. Sənəddə təklif edilir ki, layihədə göstərilən bir sıra hallarda notariat hərəkətləri ilə əlaqədar xidmətə görə haqq tutulmasın.

    Beləliklə, komitə üzvləri olaraq “İşsizlikdən sığorta haqqında” və “Dövlət rüsumu haqqında” qanunlara təklif olunan dəyişiklikləri zəruri hesab edərək hər iki sənədi Milli Məclisin plenar iclasına tövsiyə etdik.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR