AzadMedia

Milli Məclisin daha bir komitəsi ilk iclasa toplaşır - Gündəlikdə 3 məsələ var

  • + A
  • - A
  • 14-09-2020, 17:49

    Sabah Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin payız sessiyası üçün ilk komitə iclası keçiriləcək.

    Komitə sədri Sadiq Qurbanov Modern.az-a açıqlamasında bildirib ki, gündəliyə 3 məsələ daxildir:

    “İlk olaraq 2020-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə komitəmizdə görülən işlərin hesabatı olacaq. İkinci məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin payız sessiyası üçün iş planı müzakirə olunacaq. Üçüncü məsələ isə müxtəlif məsələlər barədə olacaq ki, deputatlarımız öz fikir və təkliflərini bildirəcək. Cəmiyyəti düşündürən məsələlər müzakirə olunacaq”.

    Sadiq Qurbanov həm komitə, həm də cəmiyyət üçün böyük problemə çevrilən su məsələlərindən də söz açıb:

    “Su problemi ilə bağlı dinləmələr keçirdik. Cənab prezident də iyulun 23-də geniş toplantı keçirərək, problemin aradan qaldırılması üçün müzakirələr apardı. Qısa müddət ərzində su probleminin nəticəsini hər kəs gördü. Təbii ki, bu, məsələnin tam həlli demək deyil. Görüləsi işlər çoxdur. Parlament üzvlərinin qarşısında bu və digər məsələlərlə bağlı nə vəzifə varsa, onun öhdəsindən gəlməyə çalışacağıq”.

    Parlamentarinin sözlərinə görə, komitə üzvləri tərəfindən qanun layihələri hazırlana bilər:

    “Qanun layihələri adətən müvafiq icra hakimiyyəti orqanları, aidiyyatı qurumlar tərəfindən irəli sürülür. Əgər payız sessiyası boyunca çatdıra bilsək, biz də komitə olaraq qanun layihələri təqdim edəcəyik. Hesab edirəm ki, bu, alternativ enerji və su təchizatının yaxşılaşdırılması ilə bağlı ola bilər”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR