AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Binəqədi İcra Hakimiyyətində - YENİ TƏYİNAT

  • + A
  • - A
  • 3-03-2021, 09:56


    ”Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı 7 yanvar 2021-ci il tarixli Fərmanına əsasən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının aparatında “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılmışdır. Yeni yaradılmış şöbənin müdiri vəzifəsinə 2016-cı ilin aprel döyüşlərində torpaqlarımızın azadlığı, bütövlüyü uğrunda şərəfli döyüş yolu keçmiş Səməndər Müqamət oğlu Mənəfov təyin edilmişdir.

    Səməndər Müqamət oğlu Mənəfov 16 avqust 1990-cı ildə Kürdəmir rayonu Xınıslı kəndində anadan olmuşdur. 1996-cı ildə Xınıslı kənd A.Məmmədov adına tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2004-cü ildə təhsilini C.Naxçıvanski adına hərbi liseydə davam etdirmişdir. 2007-ci ildə liseydə təhsilini başa vurduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2011-ci ildə leytenant rütbəsi alaraq Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində təhsilini təkmilləşdirmişdir.
    2012-ci ildə N saylı hərbi hissənin tağım komandiri vəzifəsinə təyin olunmuş, həmin ili avqust ayında isə Xüsusi Təyinatlı Qüvvələrin xüsusi kursunu keçdikdən sonra xidmətini Xüsusi Təyinatlı qüvvələrdə qrup komandiri olaraq davam etmişdir.

    2014-cü ildə baş-leytenant rütbəsinə yüksəldikdən sonra Pakistan İslam Respublikasında “Antiterror”, Türkiyə Respublikasında “Sərbəst Paraşüt” kursunlarını bitirmiş və digər ölkələrdə təlimlərdə iştirak etmişdir.

    2016-cı il aprel döyüşlərində ağır yaralandığı üçün ordu sıralarından tərxis edilmişdir.
    2017-ci ildən Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində ilk öncə laboratoriya rəisi, daha sonra isə müəllim vəzifəsində çalışmışdır.
    Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2013-cü ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" Azərbaycan Respublikasının yubiley medalı ilə, 2016-cı ildə "Hərbi xidmətdə fərqlənməyə görə" medalı, 2018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi” (1918-2018), Azərbaycan Respublikasının yubiley medalı ilə, düşmən təxribatının qarşısını alarkən döyüşlərdə uğurlu əməliyyatına görə 2014-cü ildə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən qiymətli hədiyyə ilə mükafatlandırılmışdır.

    Ailəlidir, 2 övladı var.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR