AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sahibə Qafarova İtaliya Senatının komissiya sədri ilə görüşüb

  • + A
  • - A
  • 12-04-2021, 17:05


    Aprelin 12-də Milli Məclisin Sədri Sahibə Qafarova İtaliya Senatının Xarici işlər və emiqrasiya daimi komissiyasının sədri Vito Petroçelli ilə görüşüb.

    Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, spiker bu səfərin parlamentlərarası əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Qeyd olunub ki, münasibətlərin hazırkı yüksək səviyyəyə çatmasında ölkə prezidentlərinin qarşılıqlı səfərlərinin, aparılan danışıqların əhəmiyyətli rolu olmuşdur. Ölkələrimiz arasında imzalanmış sənədlər münasibətlərimizin möhkəm hüquqi bazasını təşkil edir.

    Azərbaycan-İtaliya münasibətlərinin inkişafında parlamentlərin də rolunu vurğulayan Sahibə Qafarova bildirib ki, son illər Milli Məclislə İtaliya parlamentinin hər iki palatası arasında sıx əməkdaşlıq yaranıb. Bu gün ölkələrimizin parlamentlərində dostluq qrupları fəaliyyət göstərir. Qarşılıqlı həyata keçirilən yüksək səviyyəli səfərlər bu əlaqələrin daha da dərinləşməsinə imkan verir.

    ƏTRAFLI
    smartbee.az
    Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə haqqında da qonağa məlumat verən Spiker vurğulayıb ki, həmin dövrdə bir çox italiyalı parlamentari Azərbaycanın bu haqq işinə öz dəstəklərini ifadə ediblər. Qeyd olunub ki, Ermənistan 30 ilə yaxın bir dövrdə işğal altında saxladığı Azərbaycan torpaqlarında böyük dağıntılar, vandalizm aktları törədib, şəhərləri, evləri, kəndləri, tarixi, mədəni və dini abidələri tamamilə dağıdıb. Çox təəssüf ki, Ermənistan yenə də cinayətkar fəaliyyətdən əl çəkmir və bütün çağırışlara baxmayaraq, növbəti dəfə hərbi cinayət törədir, beynəlxalq humanitar hüququn prinsiplərini kobud şəkildə pozaraq minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməkdən imtina edir. Bunun nəticəsi olaraq, müharibədən sonra bir çox azərbaycanlı mülki şəxs və hərbçi minaya düşərək həlak olub və yaralanıb. Hesab edirəm ki, bu hərbi cinayətin qarşısının alınması üçün sülh və təhlükəsizliyi təhdid edən bu addıma qarşı beynəlxalq ictimaiyyət də öz mövqeyini ortaya qoymalıdır.

    Vito Petroçelli Azərbaycanla İtaliya arasında münasibətlərin çox yüksək səviyyədə olduğunu bildirib, xüsusilə enerji sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib. O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu vurğulayıb.

    Qonaq, ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərin İtaliya parlamentinin hər iki palatasının Azərbaycan parlamenti ilə əlaqələrində də özünü göstərdiyini bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR