AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayonunda Çaxırlı və Kəlbəhüseynli kənd şəhidlərinin xatirəsinə həsr edilmiş abidə-bulaq kompleksinin açılışı olub - FOTO

  • + A
  • - A
  • 19-01-2022, 19:45

    Masallı rayonunda Çaxırlı və Kəlbəhüseynli kənd şəhidlərinin xatirəsinə həsr edilmiş abidə-bulaq kompleksinin açılışı olub - FOTO
    Masallı rayonu Çaxırlı və Kəlbəhüseynli kəndlərində 44 günlük Vətən müharibəsi iştirakçısı Şəhid Gözəlov Ziya Zahid oğlunun, həmçinin digər kənd şəhidlərinin əziz xatirələrini əbədiləşdirmək məqsədilə inşa edilən abidə-bulaq kompleksinin açılışı təşkil olunub.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Masallı rayonu Çaxırlı kənd inzibati ərazi dairəsində Qarabağ torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçərək şəhadətə yüksəlmiş igid Vətən oğullarının xatirəsini əbədiləşdirmək məqsədilə inşa edilmiş abidə-bulaq kompleksinin açılışı mərasimi olub.

    Belə ki, açılış mərasimi eyni zamanda 19 Yanvar tarixində dünyaya gəlmiş olan Şəhid Gözəlov Ziya Zahid oğlunun əziz xatirəsinə həsr olunub.

    Tədbirdə Millət vəkili Məşhur Məmmədovun köməkçiləri Hekayət Nəzərov, Rəmzi Şahverdiyev, Çaxırlı kənd ərazi nümayəndəsi, bələdiyyə, şəhid ailələri, qazilər, media nümayəndələri, kənd ictimaiyyəti və məktəblilər iştirak ediblər.

    Əvvəlcə, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir iştirakçıları sonra Vətən oğullarının şəkilləri olan abidə-bulaq kompleksini ziyarət edib, üzərinə gül dəstələri düzərək onların ruhuna dualar oxuyublar.

    İlk olaraq xatirə bulaq kompleksinin açılışını edən Çaxırlı kənd ərazi nümayəndəsi bildirib ki, “Hər birimiz, şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyirik. Qəhrəman Azərbaycan xalqı hər zaman igid oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, şəhidlərimizin xatirəsini əziz tutur. Vətənimizin müstəqilliyi uğrunda canlarını fəda etmiş əziz şəhidlərimizin ailələrinə səbr, müharibə iştirakçısı olmuş qazilərimizə Allahdan şəfalar diləyirik.”

    Millət vəkili Məşhur Məmmədovun köməkçisi Hekayət Nəzərov, millət vəkilinin adından Şəhid Gözəlov Ziya Zahid oğlu və digər şəhid ailələrinə dərin hüznlə baş sağlığı verib. Çıxış edən millət vəkili köməkçisi Hekayət Nəzərov, 2020-ci il sentyabrın 27-də başlanan və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən, Qarabağ müharibəsi dövründə ordumuzun və xalqımızın göstərdiyi şücaətdən, qəhrəmanlıqlarından bəhs edib. Şəhidlərimizin əziz xatirələrinin heç bir zaman unudulmayacağını vurğulayaraq, bütün şəhidlərə Allahdan rəhmət, qazilərə şəfa diləyib.


    Çıxış edən Şəhidlərin yaxınları və kənd sakinləri Ziya Gözəlovla və bütün şəhidlərimizlə, qazilərimizlə fəxr etdiklərini, qürur duyduqlarını söyləyiblər.

    Sonda Çaxırlı və Kəlbəhüseynli kənd məktəbliləri hərbi-vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!
    Ülkər Piriyeva













    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR