Türkiyə səfiri Cahit Bağcı Azərbaycan xalqına başsağlığı verib - FOTO - ÖZƏL

Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.
Azadmedia.az xəbər verir ki, Səfir bununla bağlı tviter hesabında paylaşım edib.
“Bu gecə qərənfillərin ağladığı gecə, bu gün Günəşin doğmadığı gündür. 1990-cı il yanvarın 20-də Bakıda müstəqillik, azadlıq uğrunda şəhid olan can qardaşlarımızın xatirəsini hörmət və ehtitamla anırıq. Ruhları şad, məkanları cənnət olsun. Onları unutmayacağıq”, – səfir bildirib.


www.AzadMedia.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR