Azərbaycanın İsveçrədəki səfirliyi tərəfindən anım tədbiri keçirildi - FOTO
Azadmedia.az-a Azərbaycanın İsveçrədəki Səfirliyindən verilən məlumata görə, bu gün saat 12:00 radələrində “20 Yanvar faciəsi”nin 32-ci ildönümü ilə bağlı AR-in İsveçrədəki səfirliyi tərəfindən anım tədbiri keçirilib. Tədbir çərçivəsində İsveçrənin Lüsern şəhərinə səfər edilib.
Tarix boyu müharibələrdə azadlıq və müstəqillik uğrunda canlarını fəda etmiş İsveçrə əsgərlərinin xatirəsinə həsr olunmuş İsveçrənin kədər və eyni zamanda qürur yaddaşını əks etdirən dünya şöhrətli “Can verən Aslan” tarixi abidəsinin üzərinə gül dəstəsi qoyulmuş, müstəqilliyimizin bərpası uğrunda özlərini qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sözügedən abidənin ziyarəti dünyada müstəqillik və azadlıq uğrunda həlak olmuş insanların xatirəsini yad etmək üçün yaranmış bir ənənədir.
İsveçrədə koronovirus pandemiyası ilə bağlı həyata keçirilən yeni məhdudlaşdırıcı tədbirlər və bundan irəli gələn yeni sərt tələblər nəzərə alınaraq tədbirdə yalnız səfirliyin əməkdaşları və onların ailə üzvləri iştirak ediblər.
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR