AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rumıniya dağlarında faciə: Ukraynadan sərhədi keçən üç nəfərdən biri öldü

  • + A
  • - A
  • Bu gün, 09:03

    Rumıniya dağlarında faciə: Ukraynadan sərhədi keçən üç nəfərdən biri öldü


    Rumıniyanın şimalında yerləşən Maramureş dağlarında faciəvi hadisə baş verib. Ukraynadan qanunsuz şəkildə sərhədi keçərək Rumıniya ərazisinə daxil olan üç nəfər dağlıq ərazidə azaraq çətin vəziyyətə düşüb. Onlardan biri həyatını itirib, digər ikisi isə xilasedicilər tərəfindən tapılıb.

    “Agerpres” agentliyinin məlumatına görə, hadisə barədə Rumıniya sərhəd polisi anonim telefon zəngi vasitəsilə məlumatlandırılıb. Bundan sonra sərhədçilər və xilasedicilərin iştirakı ilə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatına başlanılıb.

    Sərhəd polisinin Siqetu-Marmaçiey ərazi idarəsinin nümayəndəsi Alina Petrarunun sözlərinə görə, əvvəlcə Repedya yaşayış məntəqəsi yaxınlığında, dövlət sərhədinə yaxın ərazidə iki Ukrayna vətəndaşı aşkarlanıb.

    Bir müddət sonra üçüncü şəxs də tapılıb. Lakin təəssüf ki, onun artıq həyatını itirdiyi məlum olub.

    Petraru bildirib ki, xilasetmə əməliyyatı güclü qar yağışından sonra çətin keçilən dağlıq ərazidə aparılıb. Əlverişsiz hava şəraiti və relyef axtarış işlərini daha da çətinləşdirib.

    Bu il minlərlə ukraynalı dağlıq ərazidən sərhədi keçib

    Məlumata görə, 2026-cı ilin ilk altı ayında təxminən 2,5 min Ukrayna vətəndaşı Rumıniyanın dağlıq ərazilərindən qanunsuz şəkildə sərhədi keçərkən saxlanılıb.

    Yanvarın 1-dən iyunun 30-dək saxlanılanların təxminən 1,2 mini Maramureş, 1 mini Suçava, 300-dən çoxu isə Satu-Mare bölgəsinin Ukrayna ilə sərhəd hissəsində qeydə alınıb.

    Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə 3,7 mindən çox belə hal qeydə alınmışdı. Beləliklə, göstərici təxminən 33 faiz azalıb.

    Qeyd edək ki, 2024-cü ildə də bir Ukrayna vətəndaşı Dunay çayını sualtı skuter vasitəsilə keçərək Rumıniyaya çatmağa cəhd etmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR