AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

TÜRKSİT başqanı Kemal Kurnaz: 4 minə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirilməməsi Ermənistanın sülh çağırışlarının səmimiliyini şübhə altına alır

  • + A
  • - A
  • Bu gün, 20:03

    TÜRKSİT başqanı Kemal Kurnaz: 4 minə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirilməməsi Ermənistanın sülh çağırışlarının səmimiliyini şübhə altına alır


    Bakı/Ankara-Azadmedia.az

    Ermənistan rəhbərliyinin beynəlxalq ictimaiyyətə verdiyi "dialoq və əməkdaşlıq" mesajları ilə real fəaliyyəti müqayisə edildikdə ortaya ciddi ziddiyyət çıxır. Birinci Qarabağ müharibəsindən otuz ildən çox vaxt keçməsinə baxmayaraq, itkin düşən 4 minə yaxın azərbaycanlının taleyi barədə məlumat yoxdur və İrəvan bu istiqamətdə addım atmır.

    Azadmedia.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Ankarada fəaliyyət göstərən Türk Dünyası Vətəndaş Cəmiyyəti Əməkdaşlıq Assosiasiyasının (TÜRKSİT) idarə heyətinin sədri Kemal Kurnaz səsləndirib.

    Onun sözlərinə görə, noyabrın 19–20-də İrəvanda keçirilən “İtkin düşmüş şəxslərin taleyi: humanitar dialoq və əməkdaşlıq” mövzusundaki beynəlxalq konfrans zamanı itkin düşən azərbaycanlılar məsələsi gündəmə gəlmədi. “Bu tədbir erməni tərəfinin səmimiliyi ilə növbəti dəfə suallar doğurub” deyən TÜRKSİT rəhbəri Ermənistan rəhbərliyinin mövqeyini “ikili standartların ən bariz göstəricisi” adlandırıb.

    K.Kurnaz hesab edir ki, Cənubi Qafqazda davamlı sülhün bərqərar olması, möhkəm qonşuluq münasibətlərinin və cəmiyyətlər arasında etimadın qurulması yalnız İrəvanın beynəlxalq müqavilələr çərçivəsində üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməsi şərtilə mümkündür.

    “İtkin düşən azərbaycanlıların ailələrinin həqiqəti bilməsi humanitar hüquq və ortaq vicdan məsələsidir. Gizlədilən məlumatların şəffaf şəkildə paylaşılması minlərlə ailənin əzablarını yüngülləşdirmək üçün ən fundamental addımdır”, - deyə ekspert vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR