AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

MƏŞHUR MƏMMƏDOVDAN SƏRT TƏPKİ: MOSKVA-BAKI ƏLAQƏLƏRİNİ KORLAMAQ İSTƏYƏNLƏR…

  • + A
  • - A
  • 26-10-2022, 13:30

    MƏŞHUR MƏMMƏDOVDAN SƏRT TƏPKİ: MOSKVA-BAKI ƏLAQƏLƏRİNİ KORLAMAQ İSTƏYƏNLƏR…

    “Rusiya telekanallarının erməni ekspertlərə, separatçılara meydan verməsi, efirlərdən təxribat xarakterli fikirlərin səslənməsinə şərait yaratması Rusiya-Azərbaycan arasında imzalanmış beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq Sazişinin ruhuna ziddir”.

    Bu sözləri TİA.Az-a millət vəkili Məşhur Məmmədov son günlər Rusiya KİV-lərində, “Rossiya-24” və “Birinci kanal”ın efirində Azərbaycan əleyhinə provokativ fikirlərə yer verilməsinə münasibət bildirərəkən deyib.

    Deputatın sözlərinə görə, zaman-zaman Rusiya TV-ləri gah Qarabağdan olan separatçı Babayan kimilərə, gah İrəvandan gələn Xalatyanlara, gah da Moskvadakı ermənilərə efir məkanı verir:
    “Onlar isə ictimaiyyətə yalanlar uydururlar. Azərbaycanın ərazi bütövlüyünə qarşı fikirlər səslənir, tarix təhrif olunur, Qarabağdakı ermənilərin guya etnik təmizləməyə məruz qalacağı deyilir. Halbuki, Rusiya dövləti Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Putin Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan edib. O zaman niyə buna şərait yaradılır?”
    M.Məmmədov hesab edir ki, sentyabrda imzalanmış sazişə əsasən iki ölkə informasiya sahəsində bir-birinə qarşı təxribatlara yol verməməlidir: “Amma Rusiyada bu anlaşmanın əleyhinə fəaliyyət göstərilir. Ona görə Xarici İşlər Nazirliyi haqlı olaraq Rusiyaya nota verdi.
    Rəsmi səviyyədə bu məsələyə münasibət bildirilməlidir. Rusiyadakı erməni diasporu, medianı nəzarətdə saxlayan qüvvələr ciddi cəhdlə çalışırlar ki, Moskva-Bakı münasibətlərini korlasınlar, gərginlik yaratsınlar. O baxımdan biz bu məsələlərə susqun qalmalı deyilik”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR