AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xalq şairi Ramiz Rövşən: “Anar qədər birləşdirici adam tapmaq çox çətindir“

  • + A
  • - A
  • 26-10-2022, 21:01

    Xalq şairi Ramiz Rövşən: “Anar qədər birləşdirici adam tapmaq çox çətindir“


    Anar getsə, AYB dağılar fikri ilə razı deyiləm, amma Anar getsə, AYB bu AYB ola bilməz, bu, dəqiqdir.

    Azadmedia.az xəbər verir ki, bunu Xalq şairi Ramiz Rövşən deyib.

    Ramiz Rövşən Anarın birləşdirici xarakterinə diqqət çəkib: “Mən bir şeyi dəqiq deyirəm ki, bizdə vəzifədən daha çox vəzifədə şəxs və şəxsiyyət əhəmiyyət daşıyır. Bu, bir reallıqdır. Və Anardan sonra düşünürəm ki, o postda sədr olmaq istəyən də, ora tamah salan da olmayacaq. Çünki Anar qədər birləşdirici adam tapmaq çox çətindir. Bu birləşdirici xarakter çox böyük şərtdir”.

    Xalq şairi yazıçı-oxucu əlaqəsinə də diqqət çəkib.

    “Kimisə Yazıçılar Birliyinin sədrliyinə onun oxucuları və oxucu sevgisi gətirə bilər. Anarın yüz minlərlə oxucusunun olması həqiqətdir”, - Xalq şairi qeyd edib.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR