AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Günün sonuna qədər çıxar, yoxsa sənə cəhənnəm söz verirəm" - Anna Akopyan HƏDƏLƏNDİ

  • + A
  • - A
  • 29-10-2022, 20:43

    "Günün sonuna qədər çıxar, yoxsa sənə cəhənnəm söz verirəm" - Anna Akopyan HƏDƏLƏNDİ


    “Günün sonuna qədər çıxar, yoxsa sənə cəhənnəm söz verirəm”.

    AzadMedia.az erməni mediasına istinadla xəbər verir ki, Anna Akopyan sosial şəbəkədə hesabında paylaşım edib. Akopyan 44 günlük müharibədə məhv edilən hərbçi Arman Azatyanın anasının yeni doğulmuş oğlu ilə Yerablurdakı oğlunun məzarı başında çəkilən fotosunu paylaşıb.

    O, paylaşımında heç vaxt rahatlıq gətirməyən və yaraları sağaltmayan kədər və mərsiyələrə, tərifli çıxışlara və boş tostlara son qoymağa çağırıb.

    Arman Azatyanın atası Vigen Azatyan Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın kədərə son qoymağa çağırdığı postuna reaksiya verib.

    Akopyan yazıb: “Gəlin, matəm, ağlaş və fəryadlara, boş tostlara, əzəldən bizim üçün boş şüar olan mədhiyyələrə, bizi idarə edən və qorxularımıza söykənən siyasi qərarlara son qoyaq. Bunlar heç vaxt rahatlıq gətirməyib, ağrıları sakitləşdirməyib, reallığı dəyişməyib. Biz bütün bunları ananın 19 yaşlı oğlunu dəfn etdiyi kimi dəfn etməliyik”.

    Məsələdən xəbər tutan Vigen Azatyan bildirib ki, bu barədə ölən əsgərlərin valideynlərindən öyrənib.

    “Yazıya baxıram və gördüklərim məni dəhşətə gətirir. Anna məndən icazə almadan öz Facebook səhifəsində ailəmin, böyük oğlum Arman Azatyanın, yeni doğulmuş körpəmizin və həyat yoldaşımın fotosu ilə yazı dərc edib. paylaşım “xəyanət” sözü ilə başlayır. Bu cür quldurların danışmağa haqqı yoxdur, söhbət bizim oğullarımızdan gedir. Təsəvvür edin, bütün bunları oxuyandan sonra mən nələr yaşadım”, – deyə Vigen Azatyan bildirib.

    Məlumata görə, Azatyan Anna Akopyanla əlaqə saxlamağa, öz səhifəsində şərh yazmağa çalışsa da, heç nə alınmayıb. Hərbçinin atası axşama qədər yazının və şəklin silinməsini tələb edib.

    “O, mənim ailəmdən üzr istəməlidir. Oğullarını itirən, ocaqları sönməsin deyə, yeni övladlar dünyaya gətirməyə özündə güc tapan bütün ailələrdən üzr istəməlidir. Bunu etməyin, evlərimizə soxulmayın. Günün sonuna qədər bunu sil və üzr istə. Anna, sən bunu etməlisən, əks halda sənə cəhənnəm söz verirəm”, – deyə Azatyan qəzəblənib.

    Qeyd edək ki, Arman Azatyan Şuşada xidmət edib, bir ildən sonra Füzuliyə göndərilib.

    O, müharibənin elə ilk günü, 27 sentyabr 2020-ci ildə başından yaralanıb, 4 gün sonra ölüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR