AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Lerik Broyler” MMC ilə bağlı yayılan xəbərlər, görüntülər saxtadır və heç bir əsası yoxdur” – İqbal Məmmədov

  • + A
  • - A
  • 15-08-2023, 21:39

    “Lerik Broyler” MMC ilə bağlı yayılan xəbərlər, görüntülər saxtadır və heç bir əsası yoxdur” – İqbal Məmmədov

    “Bir neçə gündür ki, sosial şəbəkələrdə və reket saytlarda mənim və iş adamı olan qardaşım haqqında həqiqəti əks etdirməyən yalan məlumatlar yayilmaqdadır.

    Çox təəssuf ki, bu xəbərləri tirajlayan mətbuat orqanları istehsal prosesini görmədən vaxtilə orada işləmiş, dələduzluq etdiyinə görə işdən qovulan insanlarin paylaşmalarına istinad edərək iş adamınin işgüzar fəaliyyətinə xələl gətirən, yalan və əsası olmayan yazılar dərc etməklə ictimaiyyəti çaşdırmağa çalışırlar”.

    Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin deputatı İqbal Məmmədov bildirib.

    Deputat qeyd edib ki, Lerik rayonunda 200 nəfərə qədər işçinin olduğu, illik 5000 ton istehsal gücü olan ən müasir istehsal modelləri ilə təmin olunan quş əti istehsal edən “Lerik Broyler” MMC fəaliyyət göstərir. Bu “Lerik Broyler” MMC Lerik rayonunda dövlət dəstəyi ilə inşa edilən yeganə böyuk müəssisədir. Müəssisənin inşasından bu günə kimi bütün fəaliyətini dərindən bilən şəxs olaraq realığı sizə bildirirməyi özümə borc bilirim və qardaşım Çingiz Məmmədovun adından istehsal prosesini öz gözləri ilə görməkdən ötrü jurnalistləri müəssisəyə dəvət edirəm.

    Sosial şəbəkədə yayılan görüntülər 10 il qabaq çəkilmiş bu saxta video qırmızı rənglə montaj olunub.

    ⤵️

    Real görüntü isə 2023-cü ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri tərəfindən növbəti yoxlama zamanı çəkilmiş qrunt sularının borulardan axan şəkildir.

    ⤵️

    Yazılanların əksinə olaraq bildirmək istəyirəm ki, zavodun bütün bölümlərində əmələ gələn tullantılar atqı hovuzuna axıdılır və buradan da xüsusi pompalar vasitəsi ilə ekologiyaya zərər vurmadan Azərbaycanda ilk olaraq “Lerik Broyler” MMC tərəfindən idxal olunmuş ən yeni texnologiya ilə quraşdırılmış rendrinq sexinə ötürülür.

    “Lerik Broyler” MMC-yə məxsus kəsim zavodunun istehsalat prosesində yaranan qan, qan vannasından xüsusi pompa vasitəsi ilə paslanmaz çənə yığılır. Yığılmış qan, xüsusi pompalar vasitəsilə rendrinq sexinin bişirmə qazanına ötürülür.

    Kəsim zavodunun tullantıları (toyuq başı, ayağı, tükü, içalatı və istifadə edilmiş su) xüsusi pompa vasitəsiylə rendring sexinin separatorunan keçirilərək xüsusi rezervuara (70 ton tutumu olan bunkerə), oradan isə helezonlar vasitəsi ilə bişirmə qazanına ötürülür (5 ton tutumlu). Rendring sexinin bişirmə qazanında yüksək təzyiq (6 bar) və temperatur (860 dərəcə) altında tulantılar və qan qarışdırılıb bişirilərək un halına gətirilir. Kəsim zamanı istifadə olunmuş su və orqanik maddələrin tərkibində olan su yüksək temperatur nəticəsində buxalanır.

    Hazır olunmuş un məhsulu öncə qarışdırıcı bunkerə, sonra helezon vasitəsiylə metal detektordan keçirilir və sonra pres qurğusuna ötürülür. Müasir texnologiyalar əsasında istehsal prosesindən keçərək alınmış məhsulu xüsusi presdə sıxılaraq yağı çıxarılır və sonda toyuq yağı və toyuq unu əldə olunur. Yağdan ayrılmış un helezon vasitəsiylə soyuducuya ötürülür. Soyuducuda tempetatur aşağı salınanan sonra helezon vasitəsiylə qırıcı dəyirmana ötürülür. Qırıcı dəyirmanan keçmiş unhelezon vasitəsiylə torbalama bunkerinə ötürülür. Torbalanmış un və əldə edilmiş yağ, balıq yemi istehsalında yüksək proteinli məhsul kimi istifadə olunur.

    Bişirmə prosesindən yaranan buxar, əmələ gələ biləcək iy və qoxunun qarşısının alınması üçün xüsusi kompresorlar vasitəsi ilə çox pilləli atsorbentlərdən keçirilir.

    İstehsalda istifadə olunan buxar ilk öncə siklon tankından keçir, ordan isə 2 ədəd soyuducu kondisionerdən və atsorbenlərdən keçirilir. Bu proses vasitəsi ilə buxardan alınmış suyun içində olan qoxu neytralaşdırılır. Su borusu vasitəsiylə 3 ədəd çökdürücü şambodan keçir.

    Ərazini qorumaq məqsədiylə kəsim sexinin ətrafında drenaj sistemi də quraşdırılıb. Drenaj sistemi vasitəsi ilə kənd ərazisində olan və kəsim sexi istiqamətində toplanan qrunt sular, kanallar və dərələrdən yığılıb boru vasitəsiylə çaya yönləndilir. Bildirmək istəyirik ki, sözü gedən borudan çıxan suyun həmin müəssisəsin Kəsim sexinin istehsalatına heç bir aidiyyəti yoxdur.

    Bütün bunları yazmaqda əsas məqsədimiz Lerikdə yerləşən toyiq kəsimi zavodunun ekologiyamıza heç bir mənfi təsirinin olmamasını izah etməkdir. Ekologiyamızı qorumaq hər birimizin borucudur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR