AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zəngilanın işğaldan azad edilməsi tariximizin mühüm hadisəsi idi - Deputat Nizami Səfərov

  • + A
  • - A
  • 24-10-2023, 18:10

    Zəngilanın işğaldan azad edilməsi tariximizin mühüm hadisəsi idi -



    Nizami Səfərov,
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü

    İkinci Qarabağ müharibəsinin gedişində işğaldan azad edilən yaşayış məntəqələrinin sırasında mühüm əhəmiyyətli Zəngilan da var idi.
    Xüsusi önəm daşıyan bu hadisənin əbədiləşdirilməsi məqsədi ilə Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən 20 oktyabr Zəngilan şəhəri günü kimi qeyd edilir.
    1993-cü il oktyabr ayının 29-da 67 gün tam mühasirə şəraitində ermənilərlə qəhrəmancasına vuruşan, 235 nəfər şəhid verən Zəngilan Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildi.
    44-günlük Vətən müharibəsinin gedişində aparılan uğurlu əməliyyatların nəticəsi olaraq, Cəbrayıl rayonunda düşmənə sarsıdıcı zərbələrin endirilməsi və 30-dan çox yaşayış məntəqəsinin azad edilməsi, Silahlı Qüvvələrimizə Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Qəhrəman Ordumuz 2020-ci il oktyabrın 18-də Zəngilanın düşməndən təmizlənməsi istiqamətində əməliyyatlara başlayaraq rayonun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərini işğaldan azad etdi. Ümumiyyətlə Zəngilan döyüşləri nəticəsində Azərbaycan Ordusu Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edərək, BMT-nin Təhlükəsizlik Şurası tərəfindən 12 noyabr 1993-cü il tarixində qəbul etdiyi qətnaməni döyüş meydanında icra etdi. Eyni zamanda, böyük uğurla həyata keçirilən əməliyyat nəticəsində 132 kilometr Azərbaycan-İran sərhədi tam bərpa edildi. Möhtəşəm qələbə münasibəti ilə döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu 2020-ci il noyabrın 26-da təsis edilən “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
    Hazırda Zəngilanda böyük quruculuq işləri həyata keçirilir və ən qısa zamanda burada möhtəşəm layihələr gerçəkləşmişdir. Bu istiqamətdə atılan ən heyrətamiz addımlar sırasında Zəngilan Beynəlxalq Hava Limanının inşasını qeyd etmək olar. Uçuş-enmə zolağının eni 60 metr, uzunluğu isə 3 min metr təşkil edən Hava Limanı genişgövdəli ağır yük təyyarələri də daxil olmaqla, bütün növ hava gəmilərini qəbul edə bilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR