Qəzzanın səhiyyə sistemi çökdüyü bir zamanda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yanacaq və səhiyyə müəssisələri üçün vacib təchizatların təhlükəsiz çatdırılması üçün keçid tələb edir. Azadmedia.az xəbər verir ki, bununla bağlı ÜST bəyanat yayıb və Qəzzada xəstəxanalarda fəlakətin yaşandığı ilə bağlı çağırış edib.
Belə ki, bəyanatda bildirilib ki, təhlükəsizlik zəmanətlərinin olmaması səbəbindən Qəzzanın şimalındakı böyük xəstəxanalara yanacaq və zəruri, həyat qurtaran sağlamlıq ləvazimatlarını paylanmır. "Səhiyyə ləvazimatları və yanacağın Qəzza zolağına təhlükəsiz şəkildə çatdırılması üçün ÜST humanitar atəşkəslə bağlı təcili çağırış edir".
Qeyd edək ki, ÜST bildirir ki, Qəzzanın şimalında tədarük və yanacağı gözləyən bəzi səhiyyə obyektləri siyahısına çarpayı doluluğunun artıq 150%-ə yaxın olduğu Əl-Şifa xəstəxanası daxildir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.