AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şimali Kaliforniyada ABŞ-ın 41 ştatı və Kolumbiya dairəsinin birgə təşəbbüsü ilə “Meta”ya qarşı məhkəmə iddiasında - KİV

  • + A
  • - A
  • 25-10-2023, 13:37

    Şimali Kaliforniyada ABŞ-ın 41 ştatı və Kolumbiya dairəsinin birgə təşəbbüsü ilə “Meta”ya qarşı məhkəmə iddiasında -


    Şimali Kaliforniyada ABŞ-ın 41 ştatı və Kolumbiya dairəsinin birgə təşəbbüsü ilə “Meta”ya qarşı məhkəmə iddiası qaldırılaraq, onun platformalarının qəsdən gənc istifadəçilərə zərər verən funksiyaları ehtiva etdiyi iddia olunub. Azadmedia.az “The Wall Street Journal”ın məlumatına istinadla xəbər verir ki, “Meta” haqqında ictimaiyyəti çaşdırmaq iddiası ilə açılan işdə ən azı 40 vəkilin çalışdığı bildirilib. İddia olunur ki, şirkət qaydalarına əsasən, platformalara daxil olması qadağan olan 13 yaşından kiçik uşaqlara “Meta” öz məhsullarını bilə-bilə satır.

    Belə ki, “Meta”nı məhsul xüsusiyyətlərini dəyişdirmək və gənc istifadəçilərə yönəlmiş zərərlərə diqqət çəkmək məqsədi daşıyan iddia 33 ştatın federal məhkəməsi və 9 əyalətin baş prokuroru ilə yanaşı, ümumilikdə 41 ştatın təşəbbüsü ilə açılıb.

    Həmçinin İddianamədə qeyd edilir ki, “Meta” sosial media platformalarında müstəqil ekspert analizləri və daxili araşdırmalar nəticəsində verilən məlumatlara baxmayaraq, məlum zərərli xüsusiyyətlərindən əl çəkməyib gənc istifadəçilərin əqli və fiziki sağlamlığına təsirlərini təhrif etmək, gizlətmək üçün səylərini ikiqat artırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR