İran gücü 300 MVt olan “Harun” adlı yeni atom elektrik stansiyasının (AES) tikintisinə başlayıb. Azadmedia.az xəbər verir ki, IRNA agentliyi bu barədə İranın Atom Energetikası Təşkilatının rəhbəri Məhəmməd Eslamiyə istinadla məlumat yayıb.
Belə ki, “Biz Qərbi Azərbaycan əyalətində radioaktiv materialların hasilatına azı 5 milyard dollar sərmayə yatırmağı planlaşdırırıq. Eyni zamanda, orada “Harun” adlı yeni atom elektrik stansiyasının inşasına başlamışıq. Onun gücü azı 300 MVt olacaq”, - deyə İranın Atom Energetikası Təşkilatının rəhbəri bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.