ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Yaxın Şərqə göndərilən “F-16” donanmasının ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) missiya ərazisinə çatdığını açıqlayıb. Azadmedia.az xəbər verir ki, Pentaqonun verdiyi məlumata görə, CENTCOM-un xidmət sahəsinə çatan “F-16” donanması nazirliyin daha əvvəl bölgəyə göndərdiyi müdafiə birlikləri ilə ABŞ qüvvələrinin bölgədəki müdafiəsi üçün çalışacaq.
Belə ki, Pentaqonun sözçüsü general Pat Rayder gündəlik mətbuat konfransında deyib: " İranın dəstəklədiyi qruplar həm İraqda, həm də Suriyada ABŞ qüvvələrinə hücum edib. Biz bilirik ki, bu hücumları törədən İran hökumətinin göstərişi ilə İnqilab Mühafizləri Korpusu qruplarıdır.
Yaxın Şərqdə ABŞ-ın müxtəlif hərbi birləşmələri hazır vəziyyətdə saxlanılır. Hələlik heç biri aktiv deyil.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.