Oktyabrın 7-dən bəri Türkiyə İsrail-HƏMAS arasında davam edən böhranın daha da genişlənməsinin qarşısını almaq üçün bütün səyləri göstərib. Azadmedia.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Belə ki, “Qəzza əhalisinin ehtiyaclarını müəyyən qədər ödəmək üçün Misirin Əl-Ariş hava limanına tibbi və humanitar yardım ilə dolu 8 təyyarə göndərdik. Yaralıların müalicəsi üçün ilkin olaraq 25 tibb işçimizi Misirə göndərdik. Biz açıq şəkildə bildirdik ki, mülki şəxsləri, o cümlədən İsrail vətəndaşlarının hədəf alınmasını heç vaxt qəbul etmirik”, - deyə Erdoğan bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.