NATO ölkələri dünyada daimi dəyişikliklər şəraitində müdafiə xərclərini və silah istehsalını uzunvədəli perspektivdə artırmalıdır.
Azadmedia.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq İsveçdə keçirilən müdafiə sənayesi forumunda deyib.
Belə ki, “Geriyə, əvvəl olduğumuz yerə dönüş yoxdur. Zaman keçdikcə daha qeyri-sabit dünya ilə qarşılaşırıq. Uzunvədəli perspektivdə yaranan vəziyyətə adaptasiya olmalıyıq. Düşünürəm ki, müdafiə xərclərini artırmağa ehtiyac var”, - deyə Yens Stoltenberq bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.