“Pakistan International Airlines” son 10 gündə 322 daxili və beynəlxalq reysi ləğv edib.
Belə ki, aviadaşıyıcısının bu addımı Pakistan Dövlət Neft Kompaniyasının (PSO) yanacaq tədarükünə məhdudiyyətlər tətbiq etməsi, maliyyə böhranı və istismar problemləri ilə bağlıdır.
Hökumətin 2012-ci ildən bəri itkiləri 7,1 milyard dollara çatan “Pakistan International Airlines” kompaniyasının özəlləşdirməsi barədə qərarı fonunda aviadaşıyıcının problemləri daha da çoxalıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.