Polşa Belarus və Rusiya ilə sərhəd yaxınlığında hərbi təlimlər keçirəcək. Azadmedia.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Baş Komandanlığı məlumat yayıb. Belə ki, “Noyabrın əvvəlində qoşunların “ZUBR-23” adlı taktiki təlimləri keçiriləcək”, - deyə məlumatda bildirilir.
Qeyd olunub ki, təlimlərlə əlaqədar Podlaskie, Mazovets, Lyublin və Varmiya-Masuriya bölgələrində yollarda, şəhərlərdə və meşələrdə qoşunların və hərbi texnikanın hərəkəti artırılacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.