Minsk və Moskva dünyanın təhlükəli xəttə doğru sürüşməsinin qarşısını almaq üçün çox işlər görür və bu xəttə sadiq qalmağa davam edəcəklərinə söz veriblər.
Azadmedia.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Miskdə Russiya xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı deyib. Belə ki, “Belarus Rusiyanın etibarlı müttəfiqidir. Sizin də buna şübhəniz olmasın. Burada heç bir oyun ola bilməz, çünki biz başa düşürük ki, dövlətlərimizin və xalqlarımızın sağ qalması oyun masasına qoyulub”, - deyə Lukaşenko bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.