AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya vətəndaşlığını almaq üçün şəxslərin siyahısında DƏYİŞİKLİK

  • + A
  • - A
  • 26-10-2023, 16:32


    Rusiya vətəndaşlığını almaq üçün şəxslərin siyahısında


    Bu gündən Rusiyada qüvvəyə minən “RF vətəndaşlığı haqqında” əsas qanunla əcnəbilərin ölkə vətəndaşlığını almasında dəyişikliklər olub.
    Azadmedia.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Kremlin saytında bildirilib.

    Belə ki, sadələşdirilmiş qaydada Rusiya vətəndaşlığını almaq hüququ olan şəxslərin siyahısında dəyişiklik edilib. Buraya Rusiya universitetlərini əla qiymətlərlə bitirənlər, həmçinin Rusiyanın dövlət sərhədi daxilində, keçmiş Rusiya imperiyasına və ya SSRİ-yə məxsus ərazidə daimi yaşayan yaxın qohumları olanlar daxil edilib.

    Lakin miqrantlar üçün qanun sərtləşdirilib, onlar üçün məcburi tələblər irəli sürülüb. Belə ki, miqrant Rusiyada yaşamalı və 5 il müddətinə yaşayış icazəsi olmalıdır, rus dilini, Rusiya tarixini və Rusiya qanunvericiliyinin əsaslarını bilməlidir.

    Qeyd edək ki, əvvəllər Rusiya vətəndaşı ilə azı üç il evli olduqda sadələşdirilmiş qaydada pasport almaq mümkün idi. Yeni qaydalarda nikahın müddəti meyarı götürülüb, ancaq ümumi uşağın olması ilə bağlı məcburi şərt yaranıb. Bu tədbir saxta nikahların bağlanması praktikasını aradan qaldırmaq üçün atılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR