Bərpaolunan enerji sahəsinə investisiyalar Azərbaycana böyük həcmdə təbii qaza qənaət etmək imkanını verəcək ki, həmin qaz hazırda elektrik enerjisi istehsalı üçün istifadə olunur.
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı söyləyib.
“Bu investisiyalar bizə böyük həcmdə təbii qaza qənaət etmək imkanını verəcək ki, həmin qaz hazırda elektrik enerjisi istehsalı üçün istifadə edilir. Söhbət ixrac üçün qənaət ediləcək bir neçə milyard kubmetr təbii qazdan gedir. Çünki son geosiyasi dəyişikliklər nəticəsində Azərbaycan qazına Avropada heç vaxt olmadığı qədər daha çox ehtiyac var”, - deyə dövlətimizin başçısı qeyd edib.
Azərbaycanın Xəzər dənizindəki yataqlardan Avropaya qədər uzanan 3.500 kilometrlik qaz boru kəmərini vaxtında istismara verdiyini xatırladan Prezident İlham Əliyev deyib ki, bu, daha geniş regionun enerji təhlükəsizliyinə daha bir töhfə olacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.