Rusiya rəhbərliyi Qəzzaya humanitar yardımların çatdırılmasının vacib olduğunu açıqlayıb.
Azadmedia.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov İsrail və Fələstin arasındakı münaqişələrlə bağlı paytaxt Moskvada jurnalistlərə açıqlama verib.
Belə ki, Dmitri Peskov Qəzzaya göndərilən yardımın bölgəyə daxil olmasına icazə verilmədiyinə diqqət çəkib.
"Cəmi 24 maşının daxil olmasına icazə verildi. Bu, çox azdır. İnsanların da oranı tərk etməsinə icazə verilmir",-deyə Dmitri Peskov vurğulayıb.
Həmçinin vəziyyətin çox pis olduğunu vurğulayan Dmitri Peskov belə deyib: "Qəzzada humanitar fəlakət yaşanır. Humanitar yardımların oraya çatdırılması lazımdır. Quru əməliyyatı başlasa, vəziyyət daha da pisləşə bilər".
Bundan əlavə Dmitri Peskov:"Hər kəsə atəşkəslə bağlı çağırış edilməlidir''.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.