Fransa İsrail-Fələstin münaqişələri səbəbindən humanitar böhranın fəlakətli həddə çatdığı Qəzzaya xəstəxana gəmisi göndərib.Azadmedia.az xəbər verir ki, BFM TV-nin məlumatına görə, Tonnerre adlı xəstəxana gəmisi oktyabrın 25-də yerli vaxtla saat 16:00-da Fransanın Tulon limanından Qəzzaya yola düşüb.
Qeyd edək ki, gəmi İsrailin oktyabrın 7-dən bu yana fasiləsiz olaraq davam etdirdiyi ağır hava hücumlarında yaralananlara, yanacaq və tibbi ləvazimat çatışmazlığı ilə üzləşən Qəzza xəstəxanalarına dəstək verəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.