AKP-nin İstanbul şöbəsi oktyabrın 28-də “Böyük Fələstin Mitinqi” keçirəcək. Azadmedia.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Belə ki, İsrailin törətdiyi cinayətlərə diqqət çəkmək, Azad Fələstin mübarizəsinə dəstək olmaq məqsədilə keçiriləcək mitinqə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla yanaşı, bir sıra xarici dövlət rəhbərlərinin qatılması da gözlənilir.
Qeyd olunub ki, Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salman, Misir Prezidenti Əbdülfəttah Sisi, eləcə də Liviya, Livan, İordaniya liderlərinə mitinqdə iştirak etmələri üçün dəvət göndərilib.
Atatürk hava limanında keçiriləcək mitinqə MHP sədri Dövlət Baxçalı, BBP baş katibi Mustafa Destici, Yenidən Rifah Partiyasının sədri Fateh Ərbakan, Hüda-Parın sədri Zəkəriyyə Yapıcı və DSP sədri Öndər Aksakalın da qatılacağı bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.