İsrailin Qəzza zolağında quru əməliyyatı hələ də davam edəcək və gələcək illər ərzində qarşılıqlı zorakılıq maşını işə salınacaq. Azadmedia.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.
Belə ki, “İsrail Qəzzada quru əməliyyatını təxirə salmaqda davam edir. Əsasən ABŞ-ın təzyiqi və dünyanın qəzəbindən qorxaraq. Ancaq özünüzü aldatmayın. Əməliyyat baş tutacaq, ən ağır ən qanlı nəticələrlə. Molox həmişə daha çox qurban tələb edir və qarşılıqlı zorakılıq maşını artıq illər ərzində işləyəcək”, - deyə Medvedyev bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.