Beynəlxalq həkimlərin İlk qrupu Misirlə sərhəddə yerləşən “Rafah” nəzarət-buraxılış məntəqəsindən blokadada olan Qəzza sektoruna daxil olub.
Azadmedia.az Xarici KİV-ə istinadla xəbər verir ki, beynəlxalq həkimlər qrupu Fələstin eksklavına humanitar yüklər daşıyan növbəti yük maşınlarının kolonnası ilə birgə keçib. Bundan öncə onlar Misir ərazisində Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri ilə görüşüblər. Qəzza sektoruna gələn həkimlərin dəqiq sayı barədə məlumat verilmir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.