Vasitəçilər 1974-1978-ci illərdə SSRİ-nin xəritələrini Ermənistan və Azərbaycan tərəflərinə veriblər.
Bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib.
O, Rusiya xarici işlər naziri Sergey Lavrovun "Ermənistan və Azərbaycanın Qərb platformalarında öz bəxtlərini sınaya və danışıqlar apara bilər, lakin Sovet İttifaqı dövründən qalan xəritələr delimitasiya üçün əsas ola biləcək" bəyanatına cavab verib: "Haqqında danışılan 1974-1978-ci illərin xəritələri mövcuddur. Həm erməni tərəfi, həm də Azərbaycan tərəfi onlarla tanışdır. Həmin xəritələr müxtəlif vasitəçilər tərəfindən bizə verilib".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.