AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gürcüstan Prezidenti parlament seçkisində bu qanunu imzalamaqdan imtina edib - KİV

  • + A
  • - A
  • 18-04-2024, 15:21

    Gürcüstan Prezidenti parlament seçkisində bu qanunu imzalamaqdan imtina edib -


    Gürcüstan Prezidenti Salome Zurabaşvili parlament seçkisində qadınlar üçün kvotaları ləğv edən qanunu imzalamaqdan imtina edib.

    Azadmedia.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.

    Belə ki, “Seçki məcəlləsinə gender kvotası ilə bağlı dəyişikliklərlə əlaqədar veto almışıq. Bunu Hüquq məsələləri komitəsinə verəcəyik, qurum da bu məsələyə baxacaq və yalnız bundan sonra plenar iclasa çıxaracağıq”, - deyə Papuaşvili bildirib.

    Həmçinin Parlament prezidentin vetosunu ləğv edərsə, qanun imzalanmaq üçün yenidən prezidentə göndəriləcək. Zurabişvili qanunu ikinci dəfə imzalamaqdan imtina edərsə, o zaman parlamentin spikeri onu imzalayacaq və bundan sonra qanun qüvvəyə minəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR