BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyi Qəzza zolağının cənubundakı Rəfah şəhərinin sakinlərinə ərzaq paylanmasının müvəqqəti dayandırıldığını elan edib.
Azadmedia.az-ın məlumatına görə, bu barədə agentlik "X" sosial səhifəsində yazıb.
Belə ki, “Ərzaq paylanması təchizat çatışmazlığı və təhlükəsizlik səbəbindən dayandırılıb”, - deyə məlumatda bildirilib.
Həmçinin qeyd olunub ki, agentliyin 24 tibb mərkəzindən yalnız 7-si açıq qalır. Kerem Şalom və Rəfah keçidlərinin bağlanması səbəbindən agentliyin əməkdaşları son 10 gündə tibbi ləvazimat almayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.