İtaliya BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) maliyyə yardımını bərpa edir.
Azadmedia.az xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antoni Tayani Fələstin dövlətinin Baş naziri Məhəmməd Mustafa ilə görüşü zamanı deyib.
Belə ki, nazir qeyd edib agentlik üçün nəzərdə tutulan 35 milyon avroluq yardım paketindən 5 milyon avronu UNRWA layihələrinə, qalanının isə "Qəzza üçün qida" təşəbbüsünə ayrılacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.