“Müharibə veteranlarına verilən müavinətlərə yenidən baxılmalıdır”.
Bunu deputat Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.“Müharibə veteranlarına verilən 80 manat müavinət gülüncdür. İnkişaf etmiş ölkənin müharibə veteranlarına bu məbləği verməsi doğru deyil. Qeyd edilir ki, həmin müavinət kommunal xərclərin ödənilməsinə ayrılır, amma bu da tam ödəmir. Bu məsələyə baxılmasını xahiş edərdim”, -deyə o bildirib.
"Büdcə planlaşdırılıbsa, xərclənməlidir. Əhaliyə verilən 300 manatı artırıb 500-600 manat edin, artıq da qalmasın. Bunu eləmək istəmirsiniz, müharibə veteranlarına verilən 80 manatı qaldırın, ayıbdır", - V.Əhmədov əlavə edib.
Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, hazırda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş 180.476 nəfər rəsmi olaraq “Müharibə veteranı” statusu daşıyır.
Bura həm Birinci, həm də İkinci Qarabağ müharibəsinin iştirakçıları daxildir.
Müharibə veteranlarına ayda 80 manat təqaüd verilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.