Rusiya Qazaxıstan vasitəsilə Özbəkistana nəql olunan qazın həcmini artırmağa hazırdır.
Bunu Rusiya Prezidenti Vladimir Putin özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə geniş tərkibdə danışıqlar zamanı deyib.
V.Putin Qazaxıstan vasitəsilə Özbəkistana Rusiya qazının nəqlinə başlandığını xatırladıb: “Hazırda ixrac qrafikdən çox irəlidə aparılır, lazım olduqda bu həcmi artırmağa hazırıq”.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Rusiya, Özbəkistan və Qazaxıstan prezidentləri Vladimir Putin, Şavkat Mirziyoyev və Kasım-Jomart Tokayev Rusiya təbii qazının Qazaxıstan ərazisindən keçməklə “Mərkəzi Asiya - Mərkəz” qaz kəməri ilə Özbəkistana tranzitinə başlayıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.