Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib.
Azadmedia.az xəbər verir ki, Türkiyə lideri bu barədə rəsmi “X” hesabında yazıb.
Belə ki, “Bir millət, iki dövlət ruhuna sahib olduğumuz Azərbaycanın 28 May Müstəqillik Gününü təbrik edir, bütün azərbaycanlı qardaşlarımızın haqlı qürur və sevincini ürəkdən bölüşürəm. Müstəqillik uğrunda şəhid olan qəhrəmanlarımızı hörmət və rəhmətlə yad edirəm”, – deyə paylaşımda qeyd olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.