Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu başa çatıb.
Azadmedia.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri bildirib.
Belə ki, o qeyd edib ki, artıq azərbaycanlı zəvvarlar üçün ayrılmış 1500 nəfərlik kvota dolub.
Azərbaycandan Həcc ziyarəti üçün ilk uçuş iyunun 4-də həyata keçiriləcək.
Qeyd edək ki, Azərbaycanda Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu fevralın 12-dən başlayıb. Ziyarətin bir nəfər üçün qiyməti 5 min 850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.