AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrail ordusu Livan sərhədi boyunca təlim keçirib - KİV

  • + A
  • - A
  • 29-05-2024, 15:32

    İsrail ordusu Livan sərhədi boyunca təlim keçirib -


    İsrail ordusu Livan sərhədi boyunca Livana hücumları da əhatə edən təlim keçirdiklərini açıqlayıb.

    Azadmedia.az xəbər verir ki, İsrail ordusundan verilən açıqlamaya görə, İsrail ordusunun 146-cı Diviziyası və 205-ci Ehtiyat Zirehli Briqadası “Livana qarşı manevr”i simulyasiya edən təlim keçirib.

    Belə ki, İsrail ordusundan verilən açıqlamada qeyd olunub ki, təlimdə şimal sərhədində müharibə ssenariləri, qüvvələrin sürətlə sahəyə yerləşdirilməsi, diviziya və briqada qərargahlarının fəaliyyəti və qüvvələrin hücuma hazırlığı simulyasiya edilib.

    Qeyd edək ki, açıqlamada təlimlərin Livanın dərinliklərindəki münaqişələri mümkün qədər təqlid edən bir ərazidə keçirildiyi bildirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR