Polşanın hakimiyyət orqanları Belarusla sərhəddə 200 metr enində bufer zonası yarada bilər.
Azadmedia.az xəbər verir ki, Polşanın Baş naziri Donald Tusk bu barədə Belarusla sərhəddə sərhədçilər və hərbçilərlə görüşü zamanı təşkil olunan mətbuat konfransında bildirib.
Belə ki, onun sözlərinə görə, müvafiq qərarın iyunun əvvəlində qəbul olunacağı gözlənilir.
Həmçinin görüşdə iştirak edən Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamış isə öz növbəsində Belarusla sərhəddə hərbçilərin sayının artırıldığını açıqlayıb.
Qeyd edək ki, 2024-cü ilin əvvəlindən bəri Belarusdan Polşaya 13 mindən çox qanunsuz keçid cəhdi qeydə alınıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.