AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat Arzu Nağıyev: “Rusiya sülhməramlılarının vaxtından əvvəl Qarabağı tərk etməsi suverenliyimizin tam bərpasıdır”

  • + A
  • - A
  • 30-05-2024, 16:06

    Deputat Arzu Nağıyev: “Rusiya sülhməramlılarının vaxtından əvvəl Qarabağı tərk etməsi suverenliyimizin tam bərpasıdır”





    Bakı, 30 may — Azadmedia.az


    Bu ilin aprelindən Rusiya sülhməramlıları Qarabağdan çıxmağa başlayıb. Sülhməramlı kontingentə məxsus ilk avadanlıq və texnika Kəlbəcər rayonundakı alban məbədi Xudavəng monastrının ərazisindən çıxarılıb.

    Rusların ərazilərimizdən çıxarılması əldə edilmiş razılıq əsasında həyata keçirilir. Sonuncu qrup mayın 31-də Qarabağdan çıxacaq.

    Məsələ ilə bağlı Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, Rusiya sülhməramlılarının vaxtından əvvəl Qarabağı tərk etməsi suverenliyimizin tam bərpasıdır:

    “Rusiya sülhməramlılarının əsas məqsədi tərəflər arasında sülhün təmin edilməsi və silahlı mübarizənin qarşısının alınması idi. Azərbaycan 44 günlük Vətən müharibəsi və birgünlük antiterror tədbirləri ilə suverenliyini tam bərpa etdi. Azərbaycan Ordusu vaxtilə Qarabağda fəaliyyət göstərən Ermənistanın silahlı birləşmələrini, eyni zamanda terror qruplarını darmadağın edib, ərazilərindən təmizlədi. Təbii ki, bu, uğurlu daxili və xarici siyasətin təzahürüdür. Bu gün sülhməramlıların Azərbaycanda qalmasına və hansısa funksiyaları yerinə yetirməsinə ehtiyac qalmadı. Artıq sülhməramlı qüvvələr Azərbaycanı tərk etməkdədir. Sonuncu qurğular Azərbaycanı mayın 31-də tərk edəcək. Bundan başqa, birgə monitorinq mərkəzi də bağlanıb. Artıq monitorinq məsələsi də yoxdur. Azərbaycan Ordusu, hüquq-mühafizə və xüsusi xidmət orqanları azad edilmiş ərazilərdə əməliyyat şəraitinə tam nəzarət edir”.

    Deputat onu da qeyd edib ki, sülhməramlıların ərazilərimizdən çıxmayacağını düşünənlərin yanıldığı bir daha üzə çıxdı:

    “Rusiya birləşmələrini Azərbaycan ərazisindən 2025-ci ildən sonra da çıxarmayacağını düşünənlər vardı. Bir daha belə düşüncə sahiblərinin məsələyə yanaşmasının absurd olduğu ortaya çıxdı. Bizim dönməz, müstəqil daxili və xarici siyasətimiz var. Artıq Xankəndi, Xocalı və bütün işğaldan azad edilmiş ərazilərdə ermənilərdən qalan tör-töküntü silah-sursatların yerləri aşkar edilir və onların bir yerə yığılması, zərərsizləşdirilməsi prosesi gedir. Bütün dövlət strukturları öz funksiyalarını ən yüksək səviyyədə yerinə yetirirlər. Bu, bizim hüququmuzun ən mühüm hissələrindən biridir deyə deputat qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR