Növbəti tədris ili üçün Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsində SABAH qruplarına qəbul aparılmayacaq.
Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Qeyd edilib ki, Hüquqşünaslıq fakültəsinin SABAH qruplarına qəbulun yalnız Qarabağ Universitetində aparılması nəzərdə tutulub. Eyni zamanda, bildirilib ki, BDU-da digər ixtisaslar üzrə SABAH qrupları fəaliyyətini davam etdirəcək.
Xatırladaq ki, 2024-2025-ci tədris ilində Qarabağ Universitetinin bakalavriat səviyyəsində SABAH qruplarına tələbə qəbulu aparılacaq ixtisaslar aşağıdakılardır:
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
İbtidai sinif müəllimliyi
Hüquqşünaslıq
Maliyyə
Riyaziyyat müəllimliyi
Xarici dil müəllimliyi (ingilis dili)
Beynəlxalq münasibətlər
Mühasibat
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.