Ermənistan Xarici İşlər Nazirliyinin binası yaxınlığında saxlanılan etirazçıların sayı 26 nəfərə çatıb.
Azadmedia.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, Polis rəisi Aram Ovannisyan İrəvanda polislə etirazçılar arasında toqquşma zamanı üç polisin yaralandığını açıqlayıb.
Qeyd edək ki, xüsusi təyinatlı polis qüvvələrinin arxiyepiskop Baqrat Qalstanyana zərbələr endirdiyi bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.