Mayın 15-də sui-qəsd cəhdinə məruz qalan Slovakiyanın Baş naziri Robert Fitso ən azı bir neçə ay öz işinə qayıda bilməyəcək.
Azadmedia.az xəbər verir ki, bunu Slovakiyanın xarici işlər naziri Yuray Blanar deyib.
Belə ki, "Onun səhhəti yaxşılaşır, lakin hər halda, baş nazir vəzifəsinə tam olaraq qayıtması üçün ona bir neçə ay lazım olacaq", - deyə XİN rəhbəri bildirib.
Qeyd edək ki, R.Fitso bu gün xəstəxanadan evə buraxılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.