Maldiv adalarının Prezidenti Məhəmməd Muizzu Nazirlər Kabinetinin tövsiyəsindən sonra İsrail vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulması barədə qərar qəbul edib.
Azadmedia.az xəbər verir ki, bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilib.
Belə ki, "Qərara əsasən İsrail pasportu olanların Maldiv adalarına girişi qadağan ediləcək və hökumət daxilində bu hərəkətlərə nəzarət edən komitə yaradılacaq", - deyə məlumatda deyilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.