Belarus hərbçiləri qeyri-strateji nüvə silahlarından istifadə üzrə təlimlərin tam dövrəsini uğurla başa vurub.
Azadmedia.az xəbər verir ki, bunu Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları komandanının müavini Leonid Davidoviç STV telekanalına müsahibəsində danışıb.
Belə ki, onun sözlərinə görə, Belarus ekipajları və mühəndis heyəti uzun müddət həm nəzəri, həm də praktiki hazırlıq keçib:
“Bütün nəzarət tədbirləri, təlimlər və yoxlamalar mütəmadi olaraq həyata keçirilir. Biz daim müxtəlif şəraitlərdə ssenarilər tətbiq edirik, bəzən təlim yerlərini və ya mühiti dəyişirik. Ekipajlar hazırdır, mühəndislər hazırdır, təyyarələr çoxdan hazırlanıb”, - Davidoviç vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.