İsrail "digər qüvvələrin" iştirakı ilə Qəzza zolağında "HƏMAS" hərəkatının hakimiyyətinə alternativ axtarır.
Azadmedia.az-ın məlumatına görə, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant İsrail ordusunun Cənub Komandanlığının qərargahında müşavirə zamanı bildirib.
Belə ki, "Biz HƏMAS hakimiyyətinə alternativ axtarırıq, bunun çərçivəsinə ərazilərin təcrid edilməsi, "HƏMAS" silahlılarının bu ərazilərdə məhv edilməsi və bizə hakim alternativ yaratmağa imkan verəcək digər qüvvələrin cəlb edilməsi daxildir", - deyə nazir qeyd edib.
Həmçinin Qalant bildirib ki, Qəzza zolağında mühüm hərbi əməliyyatlar apararkən, müdafiə nazirliyi eyni zamanda "HƏMAS" hakimiyyətinə alternativi qiymətləndirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.