AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İranda prezidentliyə ən şansı namizəd kim olacaq? - ADLAR

  • + A
  • - A
  • 4-06-2024, 10:44

    İranda iyunun 28-də keçiriləcək növbədənkənar prezident seçkiləri üçün namizədliyin irəli sürülmə müddəti dünən başa çatıb.

    Son məlumata görə, 80 nəfər namizədliyinin qeydə alınması üçün Daxili İşlər Nazirliyinə müraciət edib.

    Xatırladaq ki, namizədliyin irəli sürülməsi prosesi mayın 30-da başlayıb, iyunun 3-də yekunlaşıb.

    Qeydiyyatın ilk günündə namizədliyini irəli sürən 5 nəfər arasınmdan ən tanınmış sima Səid Cəlili olub. O, İranda bir sıra mühüm vəzifələr tutub, o cümlədən Ali Milli Təhlükəsizlik Şurasının katibi və nüvə danışıqları üzrə qrupun rəhbəri olub. Səid Cəlili İranın ali rəhbəri Xamneiyə yaxın şəxs sayıldığından prezident seçkilərində ən şanslı namizədlərdən biri hesab olunur.


    Namizədliyini ikinci gün irəli sürənlər arasında iki nəfər dxüsusilə diqqət çəkib: Əli Laricani və Abdul Nasser Himmeti.
    Əli Laricani üç çağırış parlamentin sədri, Ali Milli Təhlükəsizlik Şurasının katibi, Radio və Televiziya Təşkilatının prezidenti olub. O, Məqsəd Şurasının faktiki üzvüdür. Namizədliyi təsdiqlənərsə, Laricaninin də prezident seçilmək şansının böyük olduğu deyilir.
    Abdul Nasser Himmeti İran Mərkəzi Bankının keçmiş rəhbəridir. Himmeti siyasətçi və iqtisadçı kimi İranda məşhur şəxsdir və seçkilərə qatılan ciddi fuqur hesab olunur.
     

    Üçüncü gün Daxili İşlər Nazirliyinə gedərək seçkidə iştirak üçün ərizə verən 8 nəfər arasında Əli Rza Zəkani, Mesud Mezikian və Vahid Hakkanian da ciddi namizədlər ola bilərlər.
    Tehran meri Əlirza Zəkani hələ 2021-ci ildəki seçkilərdə namizəd olsa da, mərhum prezident İbrahim Rəisinin lehinə geri çəkilmişdi.


    Müraciətlərin dördüncü günündə eks-prezident Mahmud Əhmədinejad və Məhəmməd Mehdi İsmaili də daxil olmaqla 20 nəfər müraciət edib.
    Sabiq prezident Mahmud Əhmədinejad İranda çoxlu tərəfdarı olan siyasətçidir.
    İranın mədəniyyət və islam irşad naziri Məhəmməd Mehdi İsmaili də diqqətləri özünə çəkən siyasətçilər sırasında yer alır.


    Namizədlik üçün son gündə 43 nəfər müraciət edib. Onların arasında Məhəmməd Bakır Qalibaf, Mehrdad Bazarpeş, İshak Cihangiri, Mustafa Purmuhammedi və Əli Nikzad da var.
    Məhəmməd Bakır Qalibaf hazırda İran parlamentinin sədri postunu tutur və onun da prezident seçilə bilmək imkanları genişdir.

    İranda prezidentliyə ən şansı namizəd kim olacaq? - ADLAR

    Məlumata görə, namizədlik üçün müraciət edən 80 namizəddən 4-ü qadındır.

    Müraciət prosesi başa çatdıqdan sonra bütün gözlər Konstitusiya Keşikçiləri Şurasına yönəlib. Şuranın müraciətlərlə bağlı yekun qərarını iyunun 13-də elan edəcəyi və yekun namizəd siyahısının açıqlanacağı gözlənilir.

    Daha sonra namizədlərə təşviqat kampaniyası aparmaq üçün 14 gün ayrılacaq.

    İranda növbədənkənar prezident seçkiləri iyunun 28-nə planlaşdırılıb.

    Namizədlərdən heç biri lazımi miqdarda səs yığa bilməsə, iyulun 5-də ən çox səs toplayan iki namizədin iştirakı ilə seçkilərin ikinci turu keçiriləcək.

    İran qanunvericiliyinə əsasən, prezident birbaşa ümumi səsvermə yolu ilə dörd il müddətinə seçilir. Eyni şəxs ardıcıl iki müddətdən çox dövlət başçısı seçilə bilməz. Prezident postuna namizəd olmaq istəyən şəxs 40-75 yaşlarında, dövlət qurumlarında rəhbər vəzifələrdə iş təcrübəsinə malik İran vətəndaşı olmalıdır.

    Mayın 19-da İranın şimalındakı Şərqi Azərbaycan əyalətində göyərtəsində ölkə prezidenti İbrahim Rəisinin və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın olduğu helikopter qəzaya uğrayıb. Helikopterdə olan 9 nəfərin hamısı həlak olub.
     


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR